...

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 15 Sentyabr 2014 10:17 (UTC +04:00)
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səid Göyçəyev yaxalanıb.

Məlum olub ki, o, iyulun 15-də Y.Əliyev küçəsində Nizami Ağabalayevə məxsus "Ford" markalı avtomobildən mobil telefon, avqustun 19-da isə R.Qəmbərov küçəsində Pərvin İbişovun idarə etdiyi "Fiat" markalı avtomobildən mobil telefon, pul və sənəd oğurlayıb.

Səid Göyçəyevin əlinin digər oxşar cinayətlərdə də olması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti