...

Ağcabədidə traktor və minik avtomobili toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 16 Sentyabr 2014 13:31 (UTC +04:00)
Ağcabədi rayonunda traktor və minik avtomobilinin toqquşması ölümlə nəticələnib.
Ağcabədidə traktor və minik avtomobili toqquşub, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağcabədi rayonunda traktor və minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 8:00 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndində rayon sakinləri Nizami Qasımovun idarə etdiyi "T-28" markalı traktorla Elşən Qədimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. "VAZ 2107"-nin sürücüsü E.Qədimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Zəkiyyə Əliyeva ölüb.

Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti