Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/
Sentyabrın 16-da respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün saat 06 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Sumqayıt şəhər sakini Dilavər Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ceyran Rüstəmova ölüb.
Həmin gün saat 19 radələrində Cəlilabad rayonunda rayon sakinləri Fikrət Əhmədovun idarə etdiyi "VAZ-2107" və Elçin Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın sürücüsü F.Əhmədov hadisə yerində ölüb.
Ölümlə nəticələnən daha bir yol qəzası isə paytaxtın Nərimanov rayonunda baş verib. Sentyabrın 16-da saat 14 radələrində Nərimanov rayonu Təbriz küçəsində Bakı şəhər sakinləri Vüsal Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Əhməd Nağıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.
Bütün faktlarla bağlı polis orqnları tərəfindən araşdırma aparılır.