...

Şirvanlı qadın oğlu üçün həbsxanaya telefon keçirmək istədi

Hadisə Materials 26 Sentyabr 2014 09:52 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Şirvanlı qadın oğlu üçün həbsxanaya telefon keçirmək istədi

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhrum edilmiş məhkum Hikmət Həsən oğlu Feyzitevin yanına qısamüddətli görüşə gəlmiş anası, Şirvan şəhəri, M.Əsədov küç. 7 ünvanında yaşayan vətəndaş Dünyaxanım Hidayət qızı Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zaman onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd "KENEKSİ" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qedy edək ki, Hikmət Feyzitevin Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti