...

Sabunçuda partlayış baş verib, ev sahibi xəsarət alıb

Hadisə Materials 6 Oktyabr 2014 14:08 (UTC +04:00)
Sabunçuda evdə partlayış baş verib.
Sabunçuda partlayış baş verib, ev sahibi xəsarət alıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Sabunçuda evdə partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 5-də saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində Vaqif Hacıyevin evinin yardımçı otağında su qızdırıcısında qaz sızmasından yanğına keçən ani partlayış baş verib.

Yanıq xəsarəti almış V.Hacıyev xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti