...

Bakıda qaz balonunun nasazlığından partlayış baş verib, xəsarət alan var

Hadisə Materials 6 Oktyabr 2014 14:11 (UTC +04:00)
Ağdam rayon sakininin evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.
Bakıda qaz balonunun nasazlığından partlayış baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Ağdam rayon sakininin evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 5-də saat 18 radələrində paytaxtın Nizami rayonu E.Süleymanov küçəsində yaşayan Ağdam rayon sakini Əntiqə Novruzovanın evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.

Nəticədə 10 kvm. sahədəki əşyalar yanıb, yanıq xəsarəti almış Bakı şəhər sakini Cəfər Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti