...

Şəmkirdə ev yanıb, 1 yaşlı körpə ölüb

Hadisə Materials 14 Oktyabr 2014 16:08 (UTC +04:00)
Şəmkirdə evdə azyaşlının ölümü ilə nəticələnən yanğın baş verib.
Şəmkirdə ev yanıb, 1 yaşlı körpə ölüb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Şəmkirdə evdə azyaşlının ölümü ilə nəticələnən yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ümumi sahəsi 335 kv.m olan iki ailəyə məxsus bir çardaq altında tikilmiş arakəsmələri və dam örtüyü taxta konstruksiyalardan ibarət evin vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları 165 kv.m sahədə, ev əşyaları qismən, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv m, 1 otağının tavanı 20 kv.m sahədə (ümumi 245 kv.m) yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Qələndərova Günay Şahin qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti