...

Bakıda silsilə oğurluqlar törətmiş dəstə ifşa olunub

Hadisə Materials 15 Oktyabr 2014 10:34 (UTC +04:00)
Bakıda silsilə oğurluqla məşğul olan dəstənin üzvləri tutulub.
Bakıda silsilə oğurluqlar törətmiş dəstə ifşa olunub

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə oğurluqla məşğul olan dəstənin üzvləri tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da Qafqaz küçəsində, orada yaşayan Vidadi Məmmədova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) Post-Patrul Xidməti Bölməsi (PPXB) və 23-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov yaxalanıb.

Müəyyən edilib ki, o, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1994-cü il təvəllüdlü Tahir Namazovla birlikdə oktyabrın 11-nə keçən gecə, Nərimanov rayonu A.Qərib küçəsində yaşayan İsmət Məmmədova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıblar.

Daha sonra müəyyən edilib ki, onlar 2013-cü il sentyabrın 27-də Bakı şəhər sakini, Əfqan Abdullayev məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, nəfəsliyin şüşəsini sındırmaq yolu ilə 180 manat, tütün məmulatı və ərzaq məhsulları, bu il sentyabrın 15-də Babək prospektində yaşayan Sabiq Babayevə məxsus "Toyota" markalı avtomobildən, şüşəni sındırmaqla 1300 manat oğurlayıblar.

Əməliyyat tədbirləri zamanı H.Məlikov və T.Namazov da yaxalanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti