...

Gəncədə bir gecədə iki nəfər bıçaqlandı

Hadisə Materials 1 Noyabr 2014 23:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncənin ərazisində baş verən qanlı insidentdə şəhər sakini 23 yaşlı Rəşad Abdullayev qarın nahiyəsindən hələlik məlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Baş verən digər bir cinayət hadisəsində isə 24 yaşlı şəhər sakini Mirdamət Seyfullayev döş qəfəsindən bıçaqlanıb.

Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti