...

Bakıda silsilə oğurluqlar etmiş şəxs tutulub

Hadisə Materials 10 Noyabr 2014 14:04 (UTC +04:00)
Bu il paytaxtda silsilə oğurluq cinayətlərini törətmiş keçmiş məhkum tutulub.
Bakıda silsilə oğurluqlar etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/

Bu il paytaxtda silsilə oğurluq cinayətlərini törətmiş keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci və 22-ci polis bölmələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-oktyabr ayları ərzində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri Elvin Məhərrəmovun cibindən, Kamran Nəbiyevə məxsus ofisdən, Aysel Həsənlinin, Mətləb Tağıyevin, Maksim Selinskinin, Ceyhun Məlikovun və Oqtay Kərimovun evlərindən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamış paytaxt sakini Mehman Fətəliyev tutulub.

Qeyd edək ki, M.Fərzəliyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti