DİN Gürcüstanlı qadının Bakıda gəlini və nəvəsini qətlə yetirməsi ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 11 Dekabr 2014 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi Bakıda törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 10-da Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşadığı bağ evində münaqişə zəminində gəlini Elnarə Nəcəfovanı daşla vurub, sonra onu və 6 aylıq nəvəsi Emiliyanı boğub.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Hüseynova tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti