...

Paytaxt küçələrində "avtoşluq" edən 20 yaşlı sürücü növbəti dəfə həbs edildi

Hadisə Materials 26 Dekabr 2014 11:53 (UTC +04:00)
Bakıda 20 yaşlı gənc sürücü avtoxuliqanlıq etdiyinə görə ikinci dəfə həbs edilib.
Paytaxt küçələrində "avtoşluq" edən 20 yaşlı sürücü növbəti dəfə həbs edildi

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 20 yaşlı gənc sürücü avtoxuliqanlıq etdiyinə görə ikinci dəfə həbs edilib.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Tamerlan Tahir oğlu "VAZ-2104" markalı 90-CB-485 dövlət qeydiyyat nişanlı avtomobillə noyabr-dekabr ayları ərzində paytaxtın mərkəzi küçələri boyunca dəfələrlə avtoxuliqanlıq edərək polisin saxla əmrinə tabe olmayıb.

Yol polisinin gördüyü tədbirlər nəticəsində sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu, 20 yaşlı sürücünün ilk həbsi deyil. Belə ki, o, ötən il də paytaxtın Xətai rayonu ərazisində avtoxuliqanlıq etdiyinə görə 20 sutka həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti