...

Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb (FOTO)

Hadisə Materials 4 Yanvar 2015 21:30 (UTC +04:00)
Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb.
Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb (FOTO)

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində "HOVA" markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus "MERCEDES" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti