...

Bakıda silsilə oğurluqlar törətmiş şəxslər tutulub

Hadisə Materials 16 Yanvar 2015 13:02 (UTC +04:00)
Bakıda silsilə oğurluqlar törətmiş Ağsu rayon sakinləri tutulub.
Bakıda silsilə oğurluqlar törətmiş şəxslər tutulub

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə oğurluqlar törətmiş Ağsu rayon sakinləri tutulub.

Bakının Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Gülbahar Qasımovaya məxsus gözəllik salonundan, Elman Əsədova məxsus yardımçı otaqdan, Nargilə Bayramovaya, Səkinə Cəfərliyə məxsus apteklərdən, Kəmalə Qafarovaya məxsus mağazadan, Əli Mustafayev və Şamxal İsmayılova məxsus avtomobillərdən pul, velosiped və məişət əşyaları oğurlamış şəxslər tutulub.

Bunlar Ağsu rayon sakinləri Əlisahib Bədəlov və Qabil Nağıyevdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti