Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə magistralın 93-cü km-də qeydə alınıb. Quba rayonu, Ağbil kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi "99 AE 240" dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1955-ci il təvəllüdlü Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini, 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.
Faktla bağlı araşdırmalar aparılır.