...

Quldurluqla taksi sürücüsünün avtomobilini ələ keçirdilər

Hadisə Materials 4 Fevral 2015 12:01 (UTC +04:00)
Paytaxtda taksi sürücüsünə qarşı quldurluq etmiş gənc tutulub.
Quldurluqla taksi sürücüsünün avtomobilini ələ keçirdilər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtda taksi sürücüsünə qarşı quldurluq etmiş gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bir nəfər yanvarın 10-da saat 03:45 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Natiq İsayevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin kimi əyləşib. Daha sonra həmin şəxs Ələt qəsəbəsində sürücüyə bıçaqla hədə-qorxu gələrək quldurluq yolu ilə onun avtomobilini ələ keçirib.

Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmədkə şübhəli bilinən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Rövşən Allahverdiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti