...

Gəncədə gənc qadın dəm qazından zəhərlənib

Hadisə Materials 20 Fevral 2015 01:38 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Gəncədə gənc qadın dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Gəncə sakini dəm qazından zəhərlənib.

Trend Kəpəz TV-yə (Region TV) istinadan xəbər verir ki, bu gecə saat 01 radələrində şəhər sakini, 28 yaşlı Aytən Bayramova yaşadığı ünvanda dəm qazından zəhərlənib.

Yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən A.Bayramova reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti stabilləşdiyindən sonrakı müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti