Azərbaycan, Bakı, 4 mart /Trend/
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1300 kv.m olan sexin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata gör, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.