...

Yanvarda tapılmış meyitin kimliyi indi məlum oldu

Hadisə Materials 20 Mart 2015 13:54 (UTC +04:00)
Yanvarda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Yanvarda tapılmış meyitin kimliyi indi məlum oldu

Azərbaycan, Bakı, 20 mart /Trend/

Yanvarda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 30-da Bülbül prospekti, ev 21-in qarşısında tapılmış meyitin Bakı şəhər sakini Aleksandr Boqdanov olması müəyyən edilib.

Bundan başqa, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-də Mərdəkan qəsəbəsindəki istirahət parkında tapılmış meyitin Bakı şəhər sakini Rövşən Sərxanlı olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti