Azərbaycan, Bakı, 30 mart, /Trend/
Şəmkirdə 3 nəfər su anbarında qadağan olunan yerdə saxlanılıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə martın 29-u axşam saat 19 radələrində baş verib.
Məlumatda bildirilir ki, Şəmkir şəhəri, Şəmkir su anbarı ərazisində 3 nəfər motorlu qayıqla qadağan olunan əraziyə daxil olub. Ərazidə Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşları sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.