Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda narkotik maddə satan şəxs tutuldu.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xırdalan şəhər sakini Nicat Xəyal oğlu Bayramovdan 4 ədəd psixatrop təsirli həb və 8,17 qram marixuana aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruhi Sahib oğlu Əbilov tutulub.
Üzərinə baxış zamanı ondan 6,05 qram marixuana aşkar edilərək götürülüb.