Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/
Avtobusda oğurluq etmiş paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 22-də 66 saylı xətt avtobusunda Bakı şəhər sakini Daxıl Nəzərovun cibindən 40 manat oğurlanıb. Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş paytaxt sakini Xaliq Səmədov tutulub.