...

Oğul atasının 8 min manat pulunu oğurladı

Hadisə Materials 30 Aprel 2015 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda oğul atasının 8 min manat pulunu oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 28-də saat 12-13 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlanıb.

Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, həmin ünvanda yaşayan oğlu - 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti