...

Şahdağ Milli Parkında narkotik xassəli bitki aşkar olunub

Hadisə Materials 5 May 2015 12:15 (UTC +04:00)
Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Şahdağ Milli Parkında narkotik xassəli bitki aşkar olunub

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlkin İzzət/

Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti