Azərbaycan, Bakı, 13 iyul /Trend/
Bakının Xətai rayonunda liftdə bir nəfər köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 22:15-də başa çatıb.