...

Bakıda termometrin sınması FHN-i hərəkətə gətirdi

Hadisə Materials 20 İyul 2015 02:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Bakıda termometr sınıb, dağılmış civə demerkurizasiya edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 23:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti