...

Bakıda sərnişin avtobusu gənc oğlanın ayağının üstündən keçdi

Hadisə Materials 21 İyul 2015 10:22 (UTC +04:00)
Bakıda sərnişin avtobusu yolun kənarında dayanmış gənci vurub.
Bakıda sərnişin avtobusu gənc oğlanın ayağının üstündən keçdi

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda sərnişin avtobusu yolun kənarında dayanmış gənci vurub.

Trend xəbər verir ki, hadisə AMEA-nın Mərkəzi Nəbatat Bağının (Botanika bağı) önündəki avtobus dayanacağının qarşısında baş verib.

Paytaxtın Badamdar qəsəbəsindən şəhərin mərkəzi istiqamətinə hərəkət edən 5 saylı marşrut avtobusu dayanacaqdakı 20-21 yaşlı oğlanın bir ayağının üstündən keçib.

Xəsarət alan gənc yaxınlıqdakı poliknikaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti