Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
"Türk Hava Yolları" aviaşirkəti İraqın şimalındakı hərbi əməliyyatlar səbəbindən Türkiyənin cənub-şərq vilayətlərinə bir sıra reysləri ləğv edib. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, aviaşirkət iyulun 25-i və 26-na planlaşdırılmış reysləri ləğv edib.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələri iyulun 25-də səhər saatlarında İraqın şimalında Kürd Fəhlə Partiyasının (PKK) düşərgəsinə aviazərbələr endirib. PKK-ya qarşı əməliyyatın təfərrütları barədə məlumat verilrmir.