Azərbaycan, Bakı, 8 avqust /Trend/
Sabunçu rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 11:30-da başa çatıb.