...

Göygöldə yol qəzası baş verib, yaralanan var

Hadisə Materials 10 Avqust 2015 23:01 (UTC +04:00)
Göygöl rayonunun Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Göygöldə yol qəzası baş verib, yaralanan var

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Göygöl rayonunun Gülüstan qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, qəsəbə sakini 27 yaşlı Vüsal Məmmədov, yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı baş nahiyyəsinin əzilmiş sıyrılmış diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

İlkin müayinə və tibbi yardım alan Vüsal Məmmədov ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti