Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/
Abşeron rayonunda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 15:40-da başa çatıb.