Azərbaycan, Bakı, 14 avqust /Trend/
Oğuz və Şəki rayonlarının sərhədləri boyunca 200 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadəb xəbər verir ki, yaxınlıqdakı meşə zolağı və kəndlər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.