Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlkin İzzət/
Bakının Sabunçu rayonunda avtomobil yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakinini vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 10 radələrində Sabunçu rayonunda Türkiyə vətəndaşı Ahmet Yığıt idarə etdiyi "Nissan" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Mixail Erkini vurub. M.Erkin xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə əlaqədar Sabunçu RPİ tərəfindən araşdırma aparılır.