...

Polis Bakıda dilənçilik edən 40 nəfəri saxlayıb

Hadisə Materials 3 Sentyabr 2015 11:26 (UTC +04:00)
Bakıda avara və dilənçilik həyat tərzi keçirən 40 nəfərə qarşı tədbirlər görülüb.
Polis Bakıda dilənçilik edən 40 nəfəri saxlayıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avara və dilənçilik həyat tərzi keçirən 40 nəfərə qarşı tədbirlər görülüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Binəqədi, Nəsimi Rayon Polis İdarələrinin Post Patrul Xidməti Bölükləri və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq olaraq, rayon ərazisində avara və dilənçilik həyat tərzi keçirən 8 kişi, 14 qadın və 18 azyaşlı müəyyən olunaraq barəsində müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti