...

Bu havada dənizə getməyin nəticəsi

Hadisə Materials 5 Sentyabr 2015 17:35 (UTC +04:00)
Bakıda 3 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Bu havada dənizə getməyin nəticəsi

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakıda 3 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən 2 nəfər xilas edilib. Əməliyyat saat 16:17-də başa çatıb.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən 1 nəfər xilas edilib. Əməliyyat saat 16:28-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti