...

Mingəçevirdə yanğına görə 30 nəfər təxliyə olunub

Hadisə Materials 20 Sentyabr 2015 12:02 (UTC +04:00)
Mingəçevir şəhərində güclü yanğın baş verib.
Mingəçevirdə yanğına görə 30 nəfər təxliyə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Mingəçevir şəhərində güclü yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır.

Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunmuşdur.

Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti