...

Bakıda silsilə oğurluqlar etmiş “peşəkar” cibgir qadın tutulub

Hadisə Materials 28 Sentyabr 2015 12:00 (UTC +04:00)
Bakıda silsilə oğurluqlar etmiş keçmiş məhkum qadın tutulub.
Bakıda silsilə oğurluqlar etmiş “peşəkar” cibgir qadın tutulub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə oğurluqlar etmiş keçmiş məhkum qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsi Cinayət Axatış Şöbəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, iyunun 4-də, paytaxtın Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakinləri - Səbinə Bəşirovanın, Tükəzban Yusubovanın mobil telefonlarını və Ruqaya Kazımovanın içərisində pul, iki ədəd mobil telefon olan əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Viktoriya Kotlyar yaxalanıb.

Araşdırma zamanı onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, o, aprelin 7-də B.Nuriyev küçəsində yerləşən ticarət mərkəzində Rəfael Babayev pencəyinin cibindən 1300 manat, sentyabrın 14-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Atifa Finuninin əl çantasından içərisində 480 manat, metro kartı olan pul kisəsi, sentyabrın 14-də Pərvanə Əmirovanın, sentyabrın 22-də isə Gülşən Həşimovanın əl çantasından pul və sənədlər oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti