...

Ağdam sakini Bərdədə yol qəzasında həyatını itirdi

Hadisə Materials 16 Oktyabr 2015 13:16 (UTC +04:00)
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Ağdam sakini Bərdədə yol qəzasında həyatını itirdi

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elmir Murad/

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də saat 11 radələrində Bərdə şəhərində Yenidaşkənd kənd sakini Sərxan Həsənov idarə etdiyi "NAZLifan" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xəlil Nəbiyevi vurub.

Nəticədə yaralanan X.Nəbiyev xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti