Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayıllı rayonu, Gəraybəyli kəndində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "Mercedes" markalı minik avtomobili tamamilə yanmışdır.
Qəza nəticəsində avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat etmişlər.
Digər sərnişin isə müxtəlif bədən xəsarətləri almışdır. V.İsmayılov və M.İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Yanğın və xilasetmə işləri saat 19:40-da yanğınsöndürən-xilasedicilər tərəfindən başa çatmışdır.