• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Hadisə

Bakıda hamilə arvadını öldürmək istəyənə 14 il iş verildi

13 Noyabr 2015 19:15 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Nicat Abdullayev/

Bakıda hamilə arvadını öldürməyə cəhd edən şəxs 14 il cəza alıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini 1983-cü il təvəllüdlü Məhəmməd Əliyevin Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, ötən il oktyabrında 1992-ci il təvəlüdlü Əliyev Ayşən Gülüşova ilə ailə həyatı quran Məhəmməd Əliyev həyat yoldaşı və anası ilə birgə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, M.Əliyev küçəsi, 36, mənzil 21 ünvanında yaşayıblar. Həmin ilin dekabrında Türkiyəyə gediblər, təxminən 25 gün Türkiyədə qalıb qayıtdıqdan sonra Ayşən onunla yaşamaq istəmədiyini bildirərək bacısıgilə köçüb. Hamilə olan Ayşən onunla ayrıldıqdan sonra barışmaqla bağlı dəfələrlə etdiyi təkliflərinə rədd cavabı aldığına görə M.Əliyev qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. 2015-ci il aprelin 16-da günorta saat 12 radələrində Məhəmməd Ayşənin qaldığı evə gedib və ona azyaşlı bacısı oğlu Əliağa İsmayılovun gözləri qarşısında işgəncə verib. Çarəsiz qalan qadın özünü ölülüyə vurub. Etdiyi əməllərdən peşman olan Məhəmməd Əliyev isə əlindəki bıçaqla özünə xəsarət yetirib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, zərərçəkən A.Gülüşovanın üzərində 6, təqsirləndirilən M.Əliyevin bədənində isə 19 kəsilmiş yara aşkar edilib. İş üzrə istintaq Suraxanı rayon prokurorluğu tərəfindən aparılıb, istintaqın gedişatında M.Əliyev özünü təqsirli hesab etməyib. Məhkəmə təqsirləndirilən şəxsin A.Gülüşovanı öldürmək məqsədilə yox, qorxutmaq üçün ona xəsarətlər yetirmək istəməsi, həmin an özündə olmaması kimi ifadələrini inandırıcı hesab etməyib və M.Əliyevin 14 il müddətinə azadlıqdan məhrimetmə cəzasına məhkum olunması haqqında qərar çıxarıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • hamilə qadın
  • qəsdən adam öldürməyə cəhd
  • məhkəmə
Azernews Newspaper
Digər xəbərlər
Sarayda ev sahibini öldürüb həyat yoldaşına xəsarət yetirən şəxsin məhkəməsi başladı
Hadisə 25 Aprel 17:02
Hövsan sakinini bıçaqlayan qardaşlara hökm oxundu
Hadisə 24 Aprel 14:49
Məhkəmə DTX-nin keçmiş MTN generallarına qarşı 1 milyon manatlıq iddiasını təmin etdi
Gündəm 23 Aprel 16:30
Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edildi, digərləri isə... (YENİLƏNİB)
Hadisə 23 Aprel 16:02
Prokuror 210 min dolları mənimsəməkdə təqsirləndirilən idmançıya cəza istədi
Hadisə 20 Aprel 17:27
Dostunu öldürən şəxs: Qətli qeyrət üstündə törətmişəm
Hadisə 20 Aprel 17:21
Təqsirləndirilən şəxs: "Arif Alışanovu öldürmək barədə sifariş almamışam" (YENİLƏNİB)
Hadisə 20 Aprel 12:50
İntihar edən MTN polkovnikinin əmlakları ailəsinə qaytarılmadı
Hadisə 20 Aprel 11:13
Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı
Hadisə 19 Aprel 11:46
Ali Məhkəmə 4 nəfərin ölümündə təqsirləndirilən müstəntiqə bəraət hökmünü qüvvədə saxladı
Hadisə 18 Aprel 20:45
Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi
Hadisə 18 Aprel 15:11
Dələduzluqda təqsirləndirilən polis polkovniki: Buraxın gedim, borcumu qaytaracağam
Hadisə 18 Aprel 12:54
Təqsirləndirilən: Surxay Əliyev dedi ki, MİS rəhbəri ilə intim münasibətdə olub videoya çək
Hadisə 17 Aprel 12:30
Vətəndaşların 332 min 200 manatını mənimsəyən bank əməkdaşına hökm oxundu
Hadisə 13 Aprel 12:36
Bakıda qadının 147 min manatını alan MTN polkovnikinə hökm oxundu
Hadisə 13 Aprel 11:22
Məşhur tikinti şirkətinin rəhbər işçilərinin məhkəməsi başladı
Hadisə 13 Aprel 11:12
Torpağa görə qardaşını güllələyib öldürənin məhkəməsi başladı
Hadisə 10 Aprel 12:50
Prokuror şəhid qızını öldürən biznesmen oğluna 6 il cəza istədi
Hadisə 5 Aprel 16:32
Ən çox oxunanlar
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Tereza Meyin görüşü olub (FOTO) (YENİLƏNİB-2)
Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın Baş naziri Tereza Meyin görüşü olub (FOTO) (YENİLƏNİB-2)
Deputat: Korrupsiya ilə bağlı son hadisələr göstərir ki, artıq AŞ PA-nı demokratiya və ədalət idarə etmir
Səməd Seyidov: "Niyə yalnız Azərbaycan? Axı bir ay əvvəl Ermənistan xalqının qovduğu Sarkisyanı alqışlayırdınız" (YENİLƏNİB)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq Hüseyn Abdullayevlə bağlı birgə məlumat yayıb
Nəzər nöqtəsi
Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Elman Məmmədov: Ermənistanı hələ çox fəlakətlər gözləyir

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter