Bakı. Trend:
Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 3 otaqlı evinin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevir şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan bir mərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 24 kv.m sahədə evin çardağına yığılmış 2 kubmetr taxta materiallar yanıb.
Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.