Bakı. Trend:
Sumqayıtda şirkətdə faciə baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 13-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsindəki "AzərTexnoline" MMC-də işləyən şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.
Araşdırma aparılır.