Bakı. Trend:
Paytaxt mənzillərin birində cəsəd tapılıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:26-da başa çatıb.