Bakı. Trend:
Bakıda silahlı cinayətkar dəstə yaxalanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Qaçay Məmmədovdan 5,1 qram heroin və 1 ədəd bıçaq, əvvəllər məhkum olunmuş Rahib Qasımovdan isə 5,2 qram heroin, nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.