...

Generalın evində usta işləmiş qardaşların cinayət işi üzrə zərərçəkmiş Azərbaycandan qaçıb

Hadisə Materials 19 May 2016 17:21 (UTC +04:00)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə zərərçəkmiş kimi tanınan şəxs Azərbaycandan qaçıb.
Generalın evində usta işləmiş qardaşların cinayət işi üzrə zərərçəkmiş Azərbaycandan qaçıb

Bakı. Samir Əli - Trend:

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləmiş Ramil və Vasif Aslanov qardaşlarının cinayət işi üzrə zərərçəkmiş kimi tanınan şəxs Azərbaycandan qaçıb. Bu barədə Trend-ə Aslanov qardaşlarının vəkili Adəm Məmmədov məlumat verib.

O bildirib ki, bu gün Nərimanov rayon məhkəməsində keçirilmiş məhkəmə iclasında zərəçəkmiş şəxs Həsənov Elmir Abid oğlu prosesə gəlməyib: "O, yenə də məhkəməyə gəlmədi. İki qardaşın həbs olunması ilə bağlı verdiyi yalan ifadəyə görə, həmçinin bir çox şəxslərin pulunu ələ keçirdiyi üçün həbs olunacağından qorxaraq ölkədən qaçıb".

İttihama görə, Ramil və Vasif Aslanovlar ötən il hazırda həbsdə olan general-mayor T.Quliyevin evində usta işləyərkən orada çalışan digər usta Həsənov Elmir Abid oğluna qarşı xuliqanlıq ediblər. Bundan sonra isə onlar Elnur Həsənovu həmin villada qaranlıq yerdə saxlayaraq onu qanunsuz azadlıqdan məhrum ediblər. İttihamda göstərilir ki, hadisədən sonra Aslanov qardaşları həmin evi tərk edib və yarım saat sonra adı istintaqa məlum olmayan şəxs E.Həsənovu azad edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb və Aslanov qardaşları saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti