...

Mal-qara oğruları saxlanılıb

Hadisə Materials 26 May 2016 12:19 (UTC +04:00)
Ağcabədidə mal-qara oğruları saxlanılıb.
Mal-qara oğruları saxlanılıb

Bakı. Trend:

Ağcabədidə mal-qara oğruları saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də və 25-də Faqət Quliyevə və Etibar Məmişova məxsus fermalardan 6 baş inək və 2 baş qoyun oğurlamış rayon sakinləri Arif Hüseynov, Rövşən Əliyev və Zakir Əliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il fevral ayınının 14-də rayon sakini Kamran Əhədova məxsus yardımçı təsərrüfatdan 3 baş inək, mayın 15-də Zakir Qasımova məxsus fermadan 2 baş inək oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti