...

Quldurluğun aqibəti - 8 il

Hadisə Materials 26 May 2016 15:51 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Quldurluğun aqibəti - 8 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Ağazadə Bakıda bir neçə nəfərə qarşı quldurluq etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti