...

Ağcabədidə mal-qara oğruları tutulub

Hadisə Materials 30 May 2016 15:21 (UTC +04:00)
Ağcabədidə mal-qara oğruları tutulub.
Ağcabədidə mal-qara oğruları tutulub

Bakı. Trend:

Ağcabədidə mal-qara oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oğurluq etdiklərinə görə mayın 25-də tutulmuş Ağcabədi rayon sakinləri Arif Hüseynovun, Rövşən Əliyevin, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2012-ci il sentyabrın 15-dən və cari il mayın 25-dək olan müddətdə həmyerliləri İmamqulu Qəhrəmanova məxsus fermadan 6 baş inək, Yasir Mənsimova məxsus fermadan 2 baş inək, Fərmuda Musayevə məxsus fermadan 3 baş inək, Raul Qasımova məxsus fermadan 6 baş qoyun, habelə, onların, Bərdə rayon sakinləri Famil Alıyevə, Əli Əhmədova, Şahsuvar Hüseynova məxsus fermalardan 8 baş inək, eləcə də Adil Quliyevə məxsus fermadan 2 baş inək və 1 rəst at oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti