Bakı. Trend:
Bu gün gündüz saatlarında intihar etmək istəyən Sumqayıt sakini xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 13:45-də başa çatıb.