...

Tərtərdə partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 20 İyun 2016 19:36 (UTC +04:00)
Tərtər rayonunda partlamamış hərbi sursat aşkar edilib.
Tərtərdə partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Tərtər rayonunda partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi – su kanalının yaxınlığında 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 6500 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 2550 kv.m ərazi yoxlanılıb.

İyunun 20-də 3 əkin sahəsi, su kanalı, 8 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 9050 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti